Menyu

Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirə olunacaq

Nərmin Qocamanlı
Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirə olunacaq

Oktyabr ayının 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Cenevrə ofisində “İnkişaf naminə minatəmizləmə” adlı   yan tədbir keçirəcək.

Tədbir BAMF-ın Azərbaycan Respublikası   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi   Agentliyinin dəstəyi ilə həyata keçirdiyi   "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı   İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı  layihə çərçivəsində BMT-nin İnsan Hüquqları  üzrə Ali Komissarlığın İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forumu daxilində keçiriləcək.

Tədbirlə bağlı açıqlama verən BAMF prezidenti   Umud Mirzəyev tədbirin təşkilatçıları və müzakirə olunacaq məsələlərdən danışıb:

“BAMF ilə yanaşı “Sülhün kökləri” (Roots  of Peace)” və Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) təşkilatlarının ev sahibliyi ilə baş   tutacaq tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb  olduğu   qlobal böhranın həlli  üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi   təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsirindən danışılacaq.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsinin də iştirak edəcəyi müzakirələrdə BMT agentliklərinin,  minaların, silahların, nüvə silahlarının qadağan olunması üzrə beynəlxalq kampaniyaların,   mina aksiyası və insan hüquqlarının qorunması çərçivəsində çoxillik təcrübəyə malik dünyanın   aparıcı təşkilatlarının nümayəndələri təmsil olunacaq".

Qeyd edək ki, layihənin əsas məqsədi minaların insan sağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir

Teqlər:

"Az\u0259rbaycan\u0131n mina problemi BMT-nin Cenevr\u0259 ofisind\u0259 m\u00fczakir\u0259 olunacaq"

Əlaqəli Xəbərlər