http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

19 Yanvar 2023 , 11:49
Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub.

"Operativ Media" xəbər verir ki, səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub. Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olublar. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib. General-leytenant H.Piriyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb. Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb. General-leytenant H.Piriyevin “44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları" mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu