"Sülh sazişinin mətnində razılaşdırılmayan 1-2 məqam qalıb, onun ətrafında müzakirələri davam etdirəcəyik".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Bu, normal danışıqlar prosesidir. İnanıram ki, yaxın gələcəkdə biz bu məsələlər ətrafında razılığa gələ biləcəyik və sülh müqaviləsi imzalanacaq", - nazir qeyd edib.