http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İlham Əliyev Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri ilə görüşüb - YENİLƏNİB

19 Yanvar 2023 , 14:23
İlham Əliyev Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulandı, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.

Qautam Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirib.

Söhbət zamanı Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlinib.

 

***

13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:18

    Gürcüstan parlamentinin sədri: İstənilən xarici müdaxilənin qarşısı alınacaq
  • Dünən
    22:56

    Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
  • Dünən
    22:32

    Taxıl daşıyan gəmidə partlayış baş verib
  • Dünən
    22:12

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • Dünən
    21:41

    Ukraynalı ekspert Rusiyanın Kursk bölgəsini geri almaq üçün nə qədər qoşun topladığını bildirib
  • Dünən
    21:19

    Bayden Ukraynanın Rusiyaya Fırtına Kölgəsi raketləri atmağına icazə verəcək
  • Dünən
    21:03

    Bakıda qəza sıxlığa səbəb olub
  • Dünən
    20:59

    Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir
Menyu