31 Oktyabr 2024, 19:38
Azərbaycan XİN Fransanın Ermənistandakı səfirinə cavab verib
Azərbaycan XİN Fransanın Ermənistandakı səfirinə cavab verib şəkil
Azərbaycan XİN Fransanın Ermənistandakı səfirinə cavab verib

Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.

"Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib", - XİN-dən bildirilib.

Son xəbərlər
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib