01 Noyabr 2024, 12:20
Səyyad Salahlı: Azərbaycanda həkim çatışmazlığı var
Səyyad Salahlı: Azərbaycanda həkim çatışmazlığı var şəkil
Səyyad Salahlı: Azərbaycanda həkim çatışmazlığı var

Azərbaycanda həkim çatışmazlığı var. Səbəb məvacibin azlığıdır.

"Operativ Media" verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, 1200-1300 manat məvacib həkimə çatmır. “İmişli Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir dənə psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Niyə? Çünki həkim çatışmazlığı var.

Rayonlardan İcbari Tibbi Sığortanın vasitəsilə Bakıya xəstəxanalara gəlirlər. Lakin onu özəl xəstəxanaya yönləndirirlər. Bu da həkimlərin, müdiriyyətin işidir. Amma bərabərlik prinsipi gözlənilməlidir. İcbari Tibbi Sığorta ilə xəstəxanaya gələn xəstələri resepşonlar da acıqla qarşılayırlar. Bəzən arzularının həyata keçirilməsinə belə mane yaradırlar”, - deyə o əlavə edib.

Son xəbərlər
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb