02 Noyabr 2024, 09:07
Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik İsveçrədən Böyük Britaniyaya keçib.
"Operativ Media" xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ölkəsinin oktyabr ayında BMT TŞ-yə sədrlik müddətinin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
İngiltərənin İsveçrədən dönəm prezidentliyini çox çətin bir dövrdə təhvil aldığını bildirən Vudvord, "İkinci Dünya Müharibəsindən sonra ən çox qarşıdurmaların yaşandığı bir dövr yaşayırıq", - deyə bildirib.