02 Noyabr 2024, 21:00
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək şəkil
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

Noyabrın 13-14-də COP29 çərçivəsində “Cambridge Institute for Sustainability Leadership" (Kembric Davamlılıq Liderliyi İnstitutu) və "Climate Action"ın birgə əməkdaşlığı ilə 16-cı dəfə təşkil olunacaq Davamlı İnnovasiya Forumu keçiriləcək.

"Operativ Media" Azərtaca istinadən xəbər verir ki, bu barədə "Cambridge Institute for Sustainability Leadership"ın saytında məlumat verilib. Bildirilib ki, forum biznes, hökumət, şəhərlər, maliyyə və vətəndaş cəmiyyəti də daxil olmaqla, bütün sektorlardan qlobal davamlılıq liderlərini bir araya gətirəcək. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə daha irəli getmək üçün transformativ yenilikləri və real tədbirləri təşviq etməkdir.

Qeyd olunub ki, forum iqlim liderləri, yenilikçilər və sahə mütəxəssisləri ilə əlaqə qurmaq üçün geniş şəbəkələşmə imkanları təqdim edir və COP çərçivəsində iştirak üçün ideal bir fürsətdir.

Forumda çıxış edəcək şəxslər arasında Kaliforniya Ətraf Mühiti Qoruma katibi Yana Qarsiya, Bezos Yer Fondunun icraçı direktoru Andryu Stir və ABŞ Enerji Departamentinin icraçı ticarət direktoru Vanessa Çanın da adı var.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb