Menyu

İran XİN: İran Rusiyanın Krımı və Ukraynanın digər 4 regionunu ilhaqını tanımır

Nərmin Qocamanlı
İran XİN: İran Rusiyanın Krımı və Ukraynanın digər 4 regionunu ilhaqını tanımır

İran Rusiya ilə əla münasibətlərə baxmayaraq, Krımın və dörd yeni regionun Rusiyaya daxil olmasını tanımır.

"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “TRT World”ə müsahibəsi zamanı söyləyib.

"Rəsmi Tehran beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən də İran və Rusiya arasında münasibətlərin əla olmasına baxmayaraq, biz Krımın və digər 4 regionun Rusiyaya daxil olmasını tanımırıq”, – XİN rəhbəri qeyd edib.

Teqlər:

"İran XİN: İran Rusiyanın Krımı Ukraynanın digər 4 regionunu ilhaqını tanımır"

Əlaqəli Xəbərlər