04 Noyabr 2024, 03:08
Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb
Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb şəkil
Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasi gərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanat yayıb.

"Operativ Media" xəbər verir ki, nazirlik bəyanatında Türkiyənin Sudandakı humanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəf alan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıq keçirdiyini vurğulayıb.

Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh və sabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmiş insanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin dayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhal görülməsi üçün çağırış edilib.

Mətndə qeyd olunub ki, Türkiyə Sudanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildə dəstəkləyir, eləcə də Sudan xalqının çəkdiyi əziyyətin yüngülləşdirilməsi üçün zəruri humanitar yardımlarını davam etdirəcək.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb