“Azərbaycanın Qarabağ zəfərindən sonra önəmli bir fürsət ortaya çıxdı. Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir”.
"Opetativ Media" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TVNET kanalına müsahibəsində bildirib.
O, indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib.
“Amma təbii ki, Ermənistanın yaşadığı travmaları var. Biz 30 il ərazində işğal etdiyi torpaqları öz torpaqları hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada qalıcı sülh üçün addımlar atmaq lazımdır”.
O əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: "Azərbaycan ilə Ermənistanın qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var, bunu həyata keçirmək lazımdır".