19 Yanvar 2023, 19:42
İlham Əliyev: "Tezliklə Bakıda azad ticarət zonası açılacaq"
İlham Əliyev: "Tezliklə Bakıda azad ticarət zonası açılacaq" şəkil
İlham Əliyev: "Tezliklə Bakıda azad ticarət zonası açılacaq"

"Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir: "Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam".

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır