04 Noyabr 2024, 21:42
Dünya Bankı Ukraynaya 600 milyon dollar vəsait ayıracaq
Dünya Bankı Ukraynaya 600 milyon dollar vəsait ayıracaq şəkil
Dünya Bankı Ukraynaya 600 milyon dollar vəsait ayıracaq

Ukrayna Dünya Bankı ilə 600 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Baş naziri Denis Şmıqalın teleqramına istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma əldə olunmuşdu. Bu gün isə Ukraynanın maliyyə və iqtisadiyyat nazirlikləri Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.

Söhbət kiçik və orta biznesin dəstəklənməsi, “yaşıl” keçid, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və yeni bazarlara çıxışın asanlaşdırılması məqsədi daşıyan yeni “Dayanıqlı, İnklüziv və Ekoloji Dayanıqlı Sahibkarlıq” (RISE) layihəsindən gedir.

Qeyd edilir ki, layihə 2027-ci ilə qədər nəzərdə tutulub, proqramın ümumi planlaşdırılan məbləği isə 1 milyard dollardan çoxdur.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb