Menyu

İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNİB
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Bişkek şəhərinin “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.



***

09:41

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qırğızıstana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan lideri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə toplantısında iştirak edəcək.

Fotogalereya

Əlaqəli Xəbərlər