ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub
Əsəd Abbaslı
Ənənəvi olaraq ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.
"Operativ Media" xəbər verir ki, Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.
Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç kəndində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib. 2020-ci il seçkilərində qeydiyyatda olan 5 seçicinin hamısı Co Baydenə səs vermişdi. Məlumata əsasən, kənddə yaşayan 6 sakindən 4-ü Respublikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.
Sorğular göstərir ki, namizədlərdən heç birinin ciddi üstünlüyü yoxdur. “NBC News”un məlumatına görə, bərabər sayda seçici namizədlərə səs verməyə hazırdır ki, bu da 49% təşkil edir.
Qeyd edək ki, seçkilərin müqəddəratını əsasən Nevada, Arizona, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya və Şimali Karolina ştatlarının seçiciləri həll edəcək.
Teqlər:
"AB\u015e-da ilk se\u00e7ki m\u0259nt\u0259q\u0259sind\u0259 s\u0259sverm\u0259nin n\u0259tic\u0259si m\u0259lum olub"