Tramp ABŞ prezident seçkilərində 277 səs toplayaraq qələbə qazanıb - YENİLƏNİB

Əziz Əzizli
Tramp ABŞ prezident seçkilərində 277 səs toplayaraq qələbə qazanıb - YENİLƏNİB

.Tramp ABŞ prezident seçkilərində 277 səs toplayaraq qələbə qazanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

***

07:23

Amerika Birləşmiş Ştatlarında keçirilən 60-cı prezident seçkilərində ölkənin 47-ci prezidenti seçiləcək.

"Operativ Media"nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp seçicilərin 52,5%-nin (26,888,034 səs) dəstəyi ilə 177 seçici səsini qazanaraq ABŞ prezident seçkilərində liderliyini möhkəmləndirib. Kamala Harris isə 99 seçici səsi ilə (23,693,880 səs) ikinci sıradadır.

Xatırladaq ki, seçkilərdə qalib gəlmək üçün namizədin 270 seçici səsi toplaması lazımdır

***

05:36

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Cənubi Karolina, Florida, Tennessi, Oklahoma, Alabama, Missisipi ştatlarında, Kamala Harris isə Rod-Aylend, Massaçusets, Konnektikut, Merilend ştatlarında qalib gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edək ki,  hələki seçki qutularının 15%-i açılıb.

Digər xəbərlər