http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?

06 Noyabr 2024 , 11:40
Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?

Məktəbəqədər yaşlı uşaqların normal inkişafının təmin edilməsi üçün onların yaşlarına və fizioloji vəziyyətlərinə uyğun düzgün qidalandırılması vacib şərtlərdəndir. Belə ki, uşaqların anadan olandan sonra ilk 2 il ərzində ana südü ilə qidalanması onları xəstəliklərdən qoruyur, beynin inkişafını sürətləndirir. Ana südü uşaqların təhlükəsiz və bəsləyici qida ilə təminatına zəmanət verir. BMT-nin Uşaq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, körpələr doğulandan 1 saat sonra ana südü ilə qidalanmağa başlamalı və ilk 6 ayda yalnız ana südü ilə qidalanmalı və həmin proses minimum 2 yaş tamam olana qədər davam etdirilməlidir. Həmçinin 6 aydan sonra azyaşlıların qida rasionu əsasən taxıl əsaslı məhsullardan, həmçinin az miqdarda meyvə, tərəvəz, yumurta, süd məhsulları, balıq və ya qırmızı ətdən ibarət olmalıdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) maarifləndirici məlumatında bəhs olunur.

Yazıda qeyd edilir ki, sağlam qida rasionunun təşkili ilə yanaşı, qidalanma vərdişləri də uşaqların sağlam böyüməsi üçün vacib məsələlərdən biridir. Belə ki, uşaqların qidalanması üçün ev şəraitində yemək hazırlamaq, onlara müntəzəm olaraq planlaşdırılmış qəlyanaltılar vermək, planlaşdırılmamış qidalanmanı məhdudlaşdırmaq məsləhətdir. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirərək onları düzgün olmayan davranışlardan (qida, əşya və oyuncaqlarla oynamaq və s.) çəkindirmək lazımdır. Eləcə də qaçmaq və ya oynamaq qidanın nəfəs borusuna gedərək boğulma ehtimalı yaratmasını nəzərə alaraq qidalanma zamanı uşağın oturmuş halda olmasına əmin olmaq vacibdir.

“Eyni zamanda uşaqlara zamanla müxtəlif çeşid qidaları təklif etmək tövsiyə olunur. Çünki onlar getdikcə demək olar ki, bütün qidalardan istifadə etməyi öyrənəcəklər. Bununla yanaşı, yemək vaxtını mümkün qədər xoş keçirmək və uşaqları qidalanmaya məcbur etməmək lazımdır. Çünki məcburiyyət həddindən artıq qidalanmaya səbəb ola bilər ki, bu hal da uşaqlarda artıq çəkiyə gətirib çıxarar. Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq da məsləhətdir. Uşağın həmin vərdişlərə yiyələnməsi üçün isə valideyn sağlam qidalanmalı və övladı üçün nümunə olmalıdır.

Qeyd edək ki, sağlam qidalanma ilə yanaşı, məktəbəqədər yaşlı uşaqlar gündəlik fiziki fəaliyyətə də təşviq olunmalıdırlar”, -deyə məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR
15 aptekdə yoxlama aparılıb, 3 aptekdə nöqsanlar aşkarlanıb

15 aptekdə yoxlama aparılıb, 3 aptekdə nöqsanlar aşkarlanıb

Hərəkətsizlik və qida vərdişləri uşaqlarda şəkərli diyabetin artmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ

Hərəkətsizlik və qida vərdişləri uşaqlarda şəkərli diyabetin artmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ

Ambulator müalicə dərmanlarının İcbari Sığorta təminatına alınması təsdiqlənib

Ambulator müalicə dərmanlarının İcbari Sığorta təminatına alınması təsdiqlənib

XƏBƏR LENTİ
  • 21:31

    Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclasa görə ABŞ-ın proqramını bloklayıb
  • 21:18

    Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib
  • 20:57

    Rus qoşunları Xarkovda üç istiqamətdə hücuma keçib
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
Menyu