Menyu

ÇL: Modriç "Real Madrid"də Kroosun rekordunu qırıb

Əziz Əzizli
ÇL: Modriç "Real Madrid"də Kroosun rekordunu qırıb
1 dəq oxu

"Real Madrid"in 39 yaşlı xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç kral komandası ilə Çempionlar Liqasında 99-cu matçına çıxıb.

"Operativ Media" xəbər verir ki, o, "Real"ın tarixində əsas avrokubok turnirində ən çox oyun keçirən yarımmüdafiəçi olub.

Bununla da Modriç komandanın keçmiş oyunçusu alman Toni Kroosun göstəricisini üstələyib.

"Real Madrid" Çempionlar Liqasının 4-cü turunda evdə “Milan”a 1:3 hesabı ilə məğlub olub.

Əlaqəli Xəbərlər