Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının Baş nazirinə məktub göndərib
Nərmin Qocamanlı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetindən "Operativ Media"ya verilən məlumata görə, məktubda deyilir:
“Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə göndərdiyiniz təbrikə və xoş arzulara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net