Kamala Harris Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.
Harris həmçinin Trampla hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini müzakirə edib.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış edəcək.






