07 Noyabr 2024, 10:47
"Real Madrid" Ançelottini qova bilər
"Real Madrid" Ançelottini qova bilər şəkil
"Real Madrid" Ançelottini qova bilər

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid" qarşıdakı oyunlarda qələbə qazanmayacağı təqdirdə 65 yaşlı italiyalı Karlo Ançelottini komandanın baş məşqçisi postundan uzaqlaşdıracaq.

"Operativ Media" xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb.

"Real" evdə ardıcıl iki məğlubiyyət alıb. İspaniya çempionatında "Barselona"ya 0:4 hesabı ilə uduzan "Real Madrid" Çempionlar Liqasının IV turunda İtaliya təmsilçisi "Milan"a 1-3 hesabı ilə uduzub.

İspaniya çempionatının 11 oyunundan sonra "Real" 24 xalla lider "Barselona"dan 9 xal geri qalaraq (12 oyun) ikincidir.

“Real” Çempionlar Liqasında 6 xalla 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb