Gürcüstanda bir nəfər yoldan keçənləri güllələyib, 5 nəfər ölüb

Nərmin Qocamanlı
Gürcüstanda bir nəfər yoldan keçənləri güllələyib, 5 nəfər ölüb

Gürcüstanda gecə saatlarında Saqareco şəhərində cinayətkar yoldan keçənləri güllələyib. Beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Georgia"məlumat yayıb, məlumata görə, ölənlər arasında bir polis də var

48 yaşlı kişi yaşadığı mənzilin eyvanından həyətdəki insanlara, daha sonra isə gələn polislərə atəş açıb. O, daha sonra özünü güllələyib.

İstintaqın məlumatına görə, atıcı Nodar Atuaşvili 2006-2021-ci illərdə Gürcüstan Silahlı Qüvvələrində xidmət edib, həmçinin NATO-nun Əfqanıstandakı missiyasında iştirak edib.

Digər xəbərlər