Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyinə söz verib

Əsəd Abbaslı
Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyinə söz verib

ABŞ prezidenti demokrat Co Bayden hakimiyyəti dinc yolla Donald Trampa ötürəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Yanvarın 20-də biz hakimiyyətin dinc yolla ötürülməsinə nail olacağıq"

Həmvətənlərinə müraciət edən Bayden bildirib ki, o Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik edib və onu əmin edib ki, bütün administrasiyanı hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün onun komandası ilə işləməyə istiqamətləndirəcək.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. Respublikaçı Donald Tramp seçkidə qalib gəlib. Trampın andiçmə mərasimi isə 2025-ci il yanvarın 20-də baş tutacaq.

Digər xəbərlər