Menyu

Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb

Nərmin Qocamanlı
Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk", - o bildirib.

Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.

Teqlər:

"R\u0259smi Bak\u0131 Fransan\u0131 BMT-nin \u0130nsan H\u00fcquqlar\u0131 Komit\u0259sinin t\u00f6vsiy\u0259l\u0259rini yerin\u0259 yetirm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər