Menyu

Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

Əsəd Abbaslı
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

Noyabrın 8-də Xankəndi şəhər stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.

"Operativ Media" xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Qələbə sevincini bölüşmək üçün stadiona toplaşan dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər.

Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər