Allahşükür Paşazadə: İran bizə ögey qardaş imiş

Operativ Media
Allahşükür Paşazadə: İran bizə ögey qardaş imiş

"İrandan öz qardaşınız kimi belə bir şeyi gözləmirdik".

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hacı Allahşükür Paşazadə Tehranla İrəvanın qardaşlaşmasına münasibət bildirərkən deyib. "Bu çox mənfi haldır. Biz onlara qardaş deyirdik, sonradan gördük ki, onların başqa qardaşları varmış, biz ögey qardaş imişik. Mən elə bilirəm, onlar öz səhvlərini başa düşərlər. Çünki bu İslam tarixi üçün bir səhvdir. Hansı ki bağışlanmaz. Amma İran da o addımları atmamalıdır. İran da bizə qarşı həqiqi addımlar atmalıdır. Və bizə qardaş deyəndə yalançı qardaş deməməlidir". - o qeyd edib.

Digər xəbərlər