Tbilisi məhkəməsində Saakaşvilinin möhlət və ya azadlığa buraxılması məsələsi üzrə növbəti məhkəmə iclası keçirilir.
"Operativ Media" xəbər verir ki, hakim Giorgi Arevadzenin rəhbərliyi ilə keçirilən məhkəmədə bildirilib ki, eks-prezident səhhətinə görə internetə daxil olmaqdan imtina edib. Buna görə də o, iclasda iştirak etməyəcək.
Məhkəmədə Empati Mərkəzinin ekspertləri, o cümlədən nevroloq Otar Toidze dindirilir.






