http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Azərbaycanın COP29 kimi böyük tədbirə ev sahibliyi etməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın ifadəsidir - ŞƏRH

11 Noyabr 2024 , 15:30
Azərbaycanın COP29 kimi böyük tədbirə ev sahibliyi etməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın ifadəsidir - ŞƏRH

“Noyabrın 11-dən 22-nə qədər Azərbaycanın paytaxtı dünyanın ən böyük beynəlxalq tədbirlərindən birinə ev sahibliyi edəcək. Necə deyərlər, dünyanın nəbzi Bakı şəhərində döyünəcək. COP29 dünyanın 1 nömrəli tədbiri sayılır. Çünki iqlim dəyişkənliyi məsələsi bu gün bəşəriyyət üçün əhəmiyyət baxımından daha önəmlidir”.

Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Prezident seçkilərində İlham Əliyev ən yüksək səsi toplayacaq” – Millət vəkili

Deputat bu tədbirin önəmindən danışıb:

“2001-ci il 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələləri daha ön plana keçmişdi. Amma hazırda iqlim dəyişikliyi məsələsi daha ciddi təhdid hesab olunur. Buna görə də ölkəmizdə atılacaq addımlar planetar və qlobal məzmun kəsb edir. COP29 tədbirində əsas müzakirə məsələsi iqlim dəyişikliyi ilə bağlı maliyyə ayırmaq ilə bağlıdır. Hələ 2009-cu ildə əldə edilmiş razılaşmaya əsasən, inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərə iqlim problemləri həlli üçün maliyyə vəsaiti ayırır. Bu vəsaitin 100 milyard dollar olması müəyyən edilib. Buna ilk dəfə 2022-ci ildə nail olunub. Məhz həmin ildə ilk dəfə 100 milyard dollar vəsait iqlim dəyişkənliyi üçün xərclənib”.

Millət vəkili Bakıda keçirilən COP29 çox böyük önəm və əhəmiyyətə malik olduğunu qeyd edib:

“Bakıda keçirilən tədbirdə "2025-ci ildən başlayaraq iqlim dəyişikliyi üçün maliyyə nə qədər olmalıdır?" sualına cavab tapılmalıdır. İnkişaf etməkdə olan ölkələrin mövqeyi budur ki, iqlim dəyişikliyinə təxminən 1.1 və 1.3 trilyon dollar vəsait ayrılmalıdır. Amma inkişaf etmiş dövlətlər bu məsələdə bir qədər xəsislik edir. Onlar vəsaitin ya 100 milyard dollar civarında, ya ondan bir qədər artıq olmasında israr edirlər. Bu sualların cavabları isə Bakıda keçirilən COP29-da öz cavabını tapacaq. Buna görə də Bakıda keçirilən COP29 çox böyük önəm və əhəmiyyətə malikdir. Azərbaycanın belə bir böyük tədbirə ev sahibliyi etməsi beynəlxalq aləmdə ölkəmizə olan ehtimadın ifadəsidir. Çünki 200-ə qədər ölkə Azərbaycanın COP29 ev sahibliyi etməsini dəstəkləyib. Yetkil səslə Azərbaycanın ev sahibliyi qəbul edilib. 70-80 min xarici vətəndaşın ölkəyə gəlişi gözlənilir. Dünyanın əksər ölkələri rəhbərlik səviyyəsində COP29-da təmsil olunur. Bütün bunlar bir daha onu təsdiqləyir ki, bu gün Azərbaycana böyük etimad var.

Bu, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. O siyasət ki, açıq siyasətdir və öz mahiyyəti etibarilə nəinki lokal və regional, həm də qlobal əhəmiyyət kəsb edir. COP29-da həllini tapacaq məsələlər hər bir dövlət və millət üçün önəmlidir. Eyni zamanda Azərbaycanın bu tipli nəhəng beynəlxalq tədbirə ev sahibliyi etmək baxımından böyük təcrübəsi mövcuddur. Biz bu tədbirləri keçirməklə nümunəvi örnək olacayıq. Yəqin ki, Azərbaycandan sonra COP tədbirlərinə ev sahibliyi edən dövlətlər Azərbaycan təcrübəsindən faydalanacaqlar”.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir

Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir

Muxtar Babayev Ər-Riyadda COP16 sessiyasında iştirak edir

Muxtar Babayev Ər-Riyadda COP16 sessiyasında iştirak edir

Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb

XƏBƏR LENTİ
  • 20:57

    Rus qoşunları Xarkovda üç istiqamətdə hücuma keçib
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Menyu