Menyu

TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlər azalıb

TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlər azalıb

Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur.

"Operativ Media" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın müddətdə təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı yeniliklər də açıqlanıb:

"Təcili tibbi yardım mərkəzi tam yenilənmiş şəkildə fəaliyyətini davam etdirir. Hazırda Bakı şəhəri üzrə ən çox əhali məskunlaşan rayonlarda yaşayış yerlərinin yaxınlığında yeni təcili yardım yarımstansiyaları qurulub.

Pik saatlarda səyyar təcili tibbi yardım briqadaları ərazilərə cəlb olunur ki, gecikmələr baş verməsin. Hesab edirəm ki, bütün bu işlər nəticəsində qısa zamanda yaxşı nəticələr əldə olunacaq".

Teqlər:

"T\u018fB\u0130B r\u0259hb\u0259ri: T\u0259cili tibbi yard\u0131m\u0131n \u00fcnvana gecikm\u0259si il\u0259 ba\u011fl\u0131 \u015fikay\u0259tl\u0259r azal\u0131b"

Əlaqəli Xəbərlər