12 Noyabr 2024, 11:20
ABŞ səfiri: Tədbirin ev sahibinə, bütün iştirakçılara və dünyaya uğurlu COP29 arzulayırıq
ABŞ səfiri: Tədbirin ev sahibinə, bütün iştirakçılara və dünyaya uğurlu COP29 arzulayırıq şəkil
ABŞ səfiri: Tədbirin ev sahibinə, bütün iştirakçılara və dünyaya uğurlu COP29 arzulayırıq

Əhəmiyyətli günəş və külək ehtiyatlarına malik Azərbaycan COP29-da dayanıqlı inkişafda və karbohidrogen sektorunda emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir.

"Operativ Media" xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir.

Səfir COP29-un ev sahibinə, bütün iştirakçılara və dünyaya uğurlu COP29 arzuladığını qeyd edib: “Mən ABŞ nümayəndə heyətinə, Azərbaycan COP29 ev sahiblərinə, bütün iştirakçılara və əslində bütün dünyaya uğurlu COP29 arzulamaq istərdim".

Son xəbərlər
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib