12 Noyabr 2024, 20:29
Şakvat Mirziyoyev: Yaşıl enerjinin payı 40 faizə çatacaq
Şakvat Mirziyoyev: Yaşıl enerjinin payı 40 faizə çatacaq şəkil
Şakvat Mirziyoyev: Yaşıl enerjinin payı 40 faizə çatacaq

Bu gün iqlim dəyişmələri əsas qlobal çağırışa çevrilərək, geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərir.

"Operativ Media" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin plenar iclasında belə bəyanatla çıxış edib.

Çıxışının əvvəlində Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi tarixi sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib. O, müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini ifadə edib.

Özbəkistan Prezidenti yoxsulluğun aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, su və resurslara çıxış problemlərinin dərinləşdiyini qeyd edib: "İqlim dəyişmələrinin fəsadları Mərkəzi Asiya regionunda kəskin hiss olunur. Onlar əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və milli inkişaf strategiyalarının həyata keçirilməsinə maneə törədir".

Şavkat Mirziyoyevin sözlərinə görə, Paris Sazişi çərçivəsində əsas məqsəd regionda hava temperaturunun qabaqlayıcı artımının qarşısını almaq, onu 1,5-2 dərəcə həddində saxlamaqdır: "Bu baxımdan Özbəkistanda karbon neytrallığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirilir. 2030-cu ilə qədər istixana qazı tullantılarının 35 faiz azaldılması planlaşdırılır. 2050-ci ilə qədər bu öhdəliklər genişləndiriləcək. Yaşıl enerjinin payı 40 faizə çatacaq".

Özbəkistan Prezidenti qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirildiyini də bildirib: "Bu günlərdə Avropaya yaşıl enerji tədarükünün təşkili haqqında çoxtərəfli saziş imzalanacaq".

Son xəbərlər
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib