İrakli Kobaxidze: Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

admin
İrakli Kobaxidze: Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

Gürcüstanda prezident seçkiləri 2025-ci il yanvarın əvvəlində keçirilə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, parlament seçkilərinin son nəticələri elan olunduqdan on gün sonra Gürcüstan parlamentinin ilk iclası keçiriləcək.

“Bundan sonra prezident seçkiləri ilə bağlı məsələ gündəmə gələcək və təxminən 2025-ci il yanvarın əvvəllərində prezident seçkiləri keçiriləcək. Bundan sonra isə prezidenti andiçmə mərasimi olacaq” – deyə, Kobaxidze əlavə edib.

Digər xəbərlər