13.Noyabr.2024, 17:53
Rusiya XİN: ATƏT-in Minsk qrupu dəfn olunub
Rusiya XİN: ATƏT-in Minsk qrupu dəfn olunub şəkil
Rusiya XİN: ATƏT-in Minsk qrupu dəfn olunub

Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bütün səviyyələrdə Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirib.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan keçmiş münaqişənin nizamlanmasının müxtəlif mərhələlərində Moskvanın vasitəçi rolunu yüksək qiymətləndirib.

“O ki qaldı Minsk qrupuna, biz özümüz onun fəaliyyətindən narazı olmuşuq. Biz onu (ATƏT-in Minsk qrupunu-red.) daha çox tənqid etmişik. Xüsusi ilə də qərblilərin Minsk qrupunun işini bloklamağa başlayandan sonra... Biz, bu mövqeyimizi açıq bəyan etmişik. Minsk qrupunda olan müsbət məqamlar Rusiyanın işləmələrinə əsaslanıb. Bunlar o cümlədən Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli razılaşmalarda da öz əksini tapıb. Hansı ki, bu da Ermənistan və Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ilin fevralında Minsk qrupu Qərb ölkələrinin əli ilə dəfn olunub. Aydın idi ki, onlar vəziyyətin nizamlanmasında deyil, başqa şey etmək niyyətində olublar. Siyasiləşdirmək, öz maraqlarını güdmək... Bunun bizə heç bir aidiyyəti yoxdur. Minsk qrupunda müsbət nəsə olanda biz müsbət haqqında danışmışıq. Harda neqativ üstünlük təşkil edib, demişik ki, Minsk qrupu daha işləmir, onun fəaliyyəti bloklanır, süni yolla bloklanır. Burada müxtəlif tarixi məqamlar, fərqli vəziyyətlər və kontekstlər var”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır