Ana səhifə / İdman / Millətlər Liqasında 5-ci tur start götürür Millətlər Liqasında 5-ci tur start götürür 14.11.2024, 09:41 Əziz Əzizli Bu gün Millətlər Liqasında 5-ci tura start veriləcək. "Operativ Media" xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək. A Liqasının 2-ci qrupunda İtaliya millisi Belçikanın qonağı olacaq. Fransa isə İsraili qəbul edəcək. B Liqasının 2-ci qrupunda İngiltərə səfərdə Yunanıstanla qarşılaşacaq. Qeyd edək ki, 5-ci turun digər görüşləri 15 və 16 noyabr tarixlərində keçiriləcək. Azərbaycan millisi bu turda Estoniyanı qəbul edəcək (16 noyabr). Millətlər Liqası, 5-ci tur 14 noyabr A Liqası 2-ci qrup 23:45. Belçika - İtaliya 23:45. Fransa - İsrail Xallar: İtaliya - 10, Fransa - 9, Belçika - 4, İsrail - 0. B Liqası 2-ci qrup 23:45. Yunanıstan - İngiltərə 23:45. İrlandiya - Finlandiya Xallar: Yunanıstan - 12, İngiltər - 9, İrlandiya - 3, Finlandiya - 0. 3-cü qrup 19:00. Qazaxıstan - Avstriya 23:45. Sloveniya - Norveç Xallar: Norveç - 7, Avstriya - 7, Sloveniya - 7, Qazaxıstan - 1. C Liqası 4-cü qrup 21:00. Ermənistan - Farer Adaları 23:45. Şimali Makedoniya - Latviya Xallar: Şimali Makedoniya - 10, Ermənistan - 4, Latviya - 4, Farer Adaları - 3. Teqlər: "Mill\u0259tl\u0259r Liqas\u0131nda 5-ci tur start g\u00f6t\u00fcr\u00fcr"