http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DİN müsabiqə elan edib

21 Yanvar 2023 , 11:49
DİN müsabiqə elan edib

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair

E L A N

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilir.

Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 23-dən mart ayının 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi  ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
–oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd  fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78,               (012) 590-98-16.
Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır: 
- turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;
- qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə; 
- qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;
- arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;
Fiziki hazırlıq normativləri ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. 
Polis Akademiyasında tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.  Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular.

Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu