14 Noyabr 2024, 14:46
Kamran Əliyev BMT-nin Baş Katibinin köməkçisi ilə görüşüb
Kamran Əliyev BMT-nin Baş Katibinin köməkçisi ilə görüşüb şəkil
Kamran Əliyev BMT-nin Baş Katibinin köməkçisi ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu qeyd edərək tədbirin iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizəyə böyük töhfə olacağını bildirib.

Azərbaycanın BMT ilə sıx əməkdaşlığının olduğunu bildirən Kamran Əliyev Azərbaycanın BMT-nin iqlim, qanunun aliliyi və təhlükəsizliklə bağlı prioritetlərini hər zaman dəstəklədiyini qeyd edib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər ekoloji cinayətlərin təqibində birgə əməkdaşlığın əhəmiyyətli olduğunu bildiriblər.

Aleksandr Zuyev səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizə işinin BMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb