Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Əsəd Abbaslı
Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Söhbət zamanı həmsöhbətlər ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib
Seyid Abbas Əraqçi bildirib ki, Tehran İrəvanla qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri mümkün qədər dərinləşdirməyə və genişləndirməyə hazırdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net