Millətlər Liqası: İngiltərə və İtaliya qələbə qazandı
Əziz Əzizli
Bu gün UEFA Millətlər Liqasında V turun ilk oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, turun açılış matçında Qazaxıstan doğma meydanda Avstriyaya məğlub olaraq B liqasında mübarizəsini dayandırıb. Eyni liqanın favoriti sayılan İngiltərə isə səfərdə Yunanıstanı darmadağın edib.
A liqasında baş tutan turun mərkəzi görüşündə İtaliya səfərdə Belçikadan üstün olmağı bacardı.
UEFA Millətlər Liqası
V tur
A Liqası
2-ci qrup
Belçika – İtaliya 0:1
Qol: S.Tonali, 11
Fransa – İsrail 0:0
Xal durumu: İtaliya – 13, Fransa – 9, Belçika – 4, İsrail – 1