15 Noyabr 2024, 10:24
COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub
COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub şəkil
COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub

Bu gün COP29 Sülh, Yardım və Bərpa Gününün açılışıdır.

"Operativ Media" xəbər verir ki, açılış COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli Paneldə çərçivəsində baş tutacaq.

Tədbir Azərbaycan COP29 tərəfindən yaradılmış Birgə Təşəbbüs (Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyana) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən təşkil edilib.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, 20-dən artıq dövlətin nazirləri, hökumətin xüsusi nümayəndəsi səviyyəsində təmsilçiləri, BMT qurumları, yardım bankları, beynəlxalq təşkilatlar, beyin mərkəzləri iştirak edir.

Tədbirin sonunda COP29 Sülh Günündə “Bakı Çağırışı” adlı sənəd elan olunacaq.

Bakı Çağırışı (Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının) Çağırış COP29 Sülh Gününün əsas yekun sənədi olacaq.

Eyni zamanda tədbirdə İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzi təsis ediləcək.

Son xəbərlər
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib