15 Noyabr 2024, 18:09
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana gəlib
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana gəlib şəkil
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana gəlib

Noyabrın 15-də Zimbabve Respublikasının Milli Assambleyasının sədri Jakob Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları Mahir Süleymanlı, Şahin İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Son xəbərlər
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
İƏT-in 17-ci Sammiti Xankəndidə keçiriləcək
Hikmət Hacıyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb