15 Noyabr 2024, 21:20
Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb
Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb şəkil
Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Media"a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir