18 Noyabr 2024, 14:17
Sahil Babayev COP29 çərçivəsində gürcüstanlı həmkarı ilə görüşüb
Sahil Babayev COP29 çərçivəsində gürcüstanlı həmkarı ilə görüşüb şəkil
Sahil Babayev COP29 çərçivəsində gürcüstanlı həmkarı ilə görüşüb

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial işlər naziri Mixeil Sarjveladzenin görüşü olub.

Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrin ikitərəfli dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında bütün sahələrdə inkişaf etməkdə olduğu vurğulanıb. Ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

DOST konsepsiyasının üstünlükləri, habelə əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bu sahələrdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğu qeyd edilib.

Qeyd edək ki, görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində iki nazirlik arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Son xəbərlər
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib