Menyu

Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

Nərmin Qocamanlı
Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

Prokurorluq orqanları tərəfindən cinayət təqibi ilə bağlı xarici təcrübənin öyrənilməsi, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu il noyabrın 14-15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən Beynəlxalq Tolerantlıq Günü ilə bağlı illik Nifrət Cinayəti Hesabatı təqdim olunub.

ATƏT-in üzvü olan 40-dan çox ölkənin milli əlaqələndirici şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.

Tədbirdə nifrət cinayətləri qanunvericiliyi, nifrət cinayətlərinə qarşı mübarizə və bu sahədə məlumatların toplanması ilə bağlı mövcud təcrübə barədə geniş məlumat verilmiş, digər ölkələrin müvafiq sahədə təcrübəsi öyrənilib və mövzu ətrafında müzakirələr aparılıb.

Teqlər:

"Prokurorlu\u011fun n\u00fcmay\u0259nd\u0259si beyn\u0259lxalq t\u0259dbird\u0259 Az\u0259rbaycan\u0131 t\u0259msil edib"

Əlaqəli Xəbərlər