19 Noyabr 2024, 18:11
Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb şəkil
Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

"Operativ Media" xəbər verir ki, görüşdə A.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizə müvəffəqiyyətlər arzulayıb.

S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı və ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetləri sırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmiş faydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlu təşkili vurğulanıb.

S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkil edilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayında BMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib.

A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq