Menyu

Avropa İttifaqı Moldovaya hərbi dəstəyini gücləndirəcək

Avropa İttifaqı Moldovaya hərbi dəstəyini gücləndirəcək
1 dəq oxu

Avropa İttifaqı Moldovaya hərbi yardımı artırıb.

"Operativ Media" xəbər verir ki, bunu NATO Əlaqə Bürosu və Moldovanın Avropa Siyasəti və İslahatları İnstitutunun təşkilatçılığı ilə keçirilən təhlükəsizlik konfransında Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri Yanis Majeyks deyib.

"2021-2024-cü illər arasında Moldova Respublikasının silahlı qüvvələrinə Avropa İttifaqından verilən dəstək 137 milyon avroya çatıb. Bu da Moldovanı Aİ-dən bu sahədə ikinci ən böyük dəstək alan ölkə edir. Biz bu ruhda davam etmək niyyətindəyik", - deyə Majeyks bildirib.

 

Əlaqəli Xəbərlər