20 Noyabr 2024, 18:40
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarımıza müraciət edib
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarımıza müraciət edib şəkil
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarımıza müraciət edib

"Operativ Media" xəbər verir ki, müraciətdə Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulunun aparılmayacağı bildirilib.

“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir.

Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, artıq Kiyevdə fəaliyyət göstərən bəzi xarici ölkə səfirlikləri, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan analoji qərarlar verib.

Son xəbərlər
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub