Menyu

Medvedev: "Dünyada yeni hərbi ittifaq yarana bilər"

Medvedev: "Dünyada yeni hərbi ittifaq yarana bilər"
1 dəq oxu

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Ramşteyn görüşünə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, o, "Telegram" kanalında bu barədə yazıb.

"Ramşteyndəki görüş və Kiyevə ağır silahların verilməsi heç bir şübhə yeri qoymur ki, düşmənlərimiz sona qədər bizi yormağa, məhv etməyə çalışacaqlar. Və onların kifayət qədər silahları var. Lazım gələrsə, yeni silahların istehsalına başlayacaqlar. Dünyada yeni hərbi ittifaq yarana bilər", - deyə Medvedev qeyd edib.

Əlaqəli Xəbərlər