21 Noyabr 2024, 12:29
Elxan Abdullayev: Nəticələrdən razı qalmaq mümkün deyil
Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.
Elxan Abdullayev: Nəticələrdən razı qalmaq mümkün deyil şəkil
Elxan Abdullayev: Nəticələrdən razı qalmaq mümkün deyil

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Moldova ilə oyun haqqında danışarkən deyib.

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik".

O, komandasa potensial olduğunu bildirib.

"O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Son xəbərlər
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib