"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.
"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda deyilir.