21 Noyabr 2024, 16:22
Levandovski karyerasını bitirəcəyi tarixi açıqladı
"Barselona"nın və Polşa millisinin 36 yaşlı hücumçusu Robert Levandovski karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.
Levandovski karyerasını bitirəcəyi tarixi açıqladı şəkil
Levandovski karyerasını bitirəcəyi tarixi açıqladı

"Operativ Media" bu haqda "Forbes"ə istinadən xəbər verir.

“Yaşımı nəzərə alsaq, indi bilirəm ki, karyeram yaxın 2-3 ildə başa çatacaq.

Bir gün yuxudan duranda və məşqə getmək istəmədiyimi hiss edəndə, bu, karyeramı bitirmək barədə düşünmək üçün ilk siqnal olacaq.

Hələlik hər səhər yuxudan durub heç bir səy göstərmədən işə gedirəm. Ümid edirəm ki, yaxın gələcəkdə də belə olacaq. Mən hələ də məşq etməyi və klubda olmağı xoşladığımı hiss edirəm”.

Levandovskinin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Cari mövsümdə Levandovski Kataloniya komandası ilə 17 matçda iştirak edib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib.

Son xəbərlər
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB
"Bayer" PSV-nin yarımmüdafiəçisini transfer etdi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi